ABŞ Prezidenti Co Bayden Ağ Evdə milli təhlükəsizlik xidməti və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüş keçirir.
Axar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Amerika lideri və ABŞ-ın vitse-prezidenti Kamala Harris Ağ Evin “situasiya otağında” - qapalı görüşlər üçün nəzərdə tutulan təhlükəsiz otaqda görüş keçirir.
İclasda ədliyyə naziri Merrik Qarland, daxili təhlükəsizlik naziri Alexandro Mayorkas, Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey, ABŞ Məxfi Xidmətinin direktoru Kim Çitl, həmçinin Prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan və daxili təhlükəsizlik üzrə köməkçisi Yelizabet Şervud, o camlədən baş prokuror iştirak edir.
Bildirilib ki, görüşdə Pensilvaniyada keçirilən mitinqdə ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdi müzakirə olunur.
Paylaş: