ABŞ Prezidenti Co Bayden etiraf edib ki, sələfi və rəqibi Donald Trampla bağlı "hədəfə almaq" ifadəsini açıq şəkildə istifadə etməkdə səhvə yol verib.
Oxu.Az-ın verdiyi məlumata görə, o bununla bağlı Trampa qarşı sui-qəsd cəhdi edildikdən sonra NBC telekanalının efirində danışıb.
Qeyd edilib ki, seçki kampaniyasının sponsorları ilə söhbət zamanı ABŞ lideri "Trampı hədəfə almağın vaxtı gəlib" deyib. Respublikaçıların fikrincə, bu ifadə Trampa qarşı düşmənçiliyi qızışdırır və ona qarşı sui-qəsd cəhdinə səbəb ola bilərdi.
Ağ Ev rəhbərinin sözlərinə görə, bu ifadəni istifadə etmək səhv olub. Eyni zamanda, Bayden vurğulayıb ki, o, "nişan almaq" deməyib.
"Mən demək istəyirdim ki, diqqəti onda cəmləyin. Onun etdiklərinə, siyasətinə, debatlar zamanı dediyi yalan bəyanatların sayına nəzər edin", - deyə Ağ Ev rəhbəri izah edib.
Xatırladaq ki, Pensilvaniya ştatında mitinq zamanı Trampa atəş açılıb. 76 yaşlı siyasətçi hadisə zamanı qulağından yaralanıb. Sui-qəsd cəhdini həyata keçirən 20 yaşlı Tomas Metyu Kruks hadisə yerində hüquq mühafizəçiləri tərəfindən zərərsizləşdirilib.
Paylaş: