Xəbər lenti

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) ilə Daxili İşlər Nazirliyinin kəşfiyyat və terrorla mübarizə qrupları İstanbulda İŞİD terror təşkilatına qarşı birgə əməliyyat keçirib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, əməliyyatın gedişatında xarici ölkələrin vətəndaşları olan 5 nəfər saxlanılıb.

Xəbərə görə, şübhəlilər İstanbula terror aktları törətmək üçün gəlmişdilər. İŞİD üzvləri ilə əlaqədar araşdırma davam edir.

Qeyd edək ki, terror qruplaşması dərc etdiyi videolarla tərəfdarlarını bir neçə dəfə İstanbulu fəth etməyə çağırıb.

 




Ana səhifəyə qayıt        Baxış: 750          Tarix: 7-08-2017, 17:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma