“Soyuq müharibə”nin davam etdiyi onilliklər ərzində ABŞ Müdafiə Nazirliyi (Pentaqon) şəxsi hərbi dəniz qüvvələrinin gücləndirilməsini dayandırmayıb. Müxtəlif dövlətlərlə ehtimal edilən müharibələrin ehtimal edilən nəticələrini proqnozlaşdıran Amerika hərbi ekspertləri bildirirlər ki, hətta ABŞ və Rusiya eyni zamanda hücum edərsə, ABŞ qələbə qazanmaq gücündədir.
Pentaqon onilliklər ərzində təyyarədaşıyan gəmilər, suüstü və sualtı gəmilərin böyük miqdarını arselanına daxil edib. Bütün bunların hamısı Sovet İttifaqı ilə böyük və mürəkkəb müharibə üçün idi. Sonradan bir təhdid kimi SSRİ mövcudluğunu dayandırdı. Amerika strateqləri eyni zamanda iki cəbhədə - Şimali Koreya və İranla müharibənin strategiyasını işləyib hazırlamağa başladılar. Ancaq yaxın vaxtlarda ABŞ-ın əsas təhdidləri siyahısına Rusiya və Çin düşdü.
Milli təhlükəsizlik məsələləri üzrə ekspert Robert Farlinin “The National Interest” nəşrinə dərc etdiyi analitik materialında bildirilir ki, Rusiya və Çin eyni vaxtda dünyanın müxtəlif nöqtələrində bir neçə böhran vəziyyəti təşkil edərək birtərəfli qaydada ABŞ-a qarşı döyüş əməliyyatlarına başlayacaq.
Rusiyadan və digər ölkələrdən olan hərbi ekspertlərin sözlərinə görə, Birləşmiş Ştatlar mükəmməl şərtlərlə vuruşmağa hazırlaşır. Pentaqon dünyada ən çoxsaylı hərbi dəniz donanmasına güvənir.
Bununla birlikdə Robert Farli qeyd edir ki, ABŞ-ın iki müharibə meydanında uzun müddətli üstünlüyə nail olmağa qadir deyil. Farlinin analizinə əsasən, Birləşmiş Ştatlar qələbəni sürətli və minimal itkilərlə qazanmalıdır.
Onun sözlərinə görə, ABŞ dünyada ən güclü orduya malikdir və çox güclü hərbi ittifaqa – NATO-ya başçılıq edir. Ancaq ekspert iki müharibə meydanında döyüşməyin NATO-ya və hərbi blokun lideri üçün nə ilə nəticələnəyinə toxunmayıb.publika.az
Paylaş: