Xəbər lenti

“Son günlər Qarabağda baş verən hadisələr yeni müharibə əlamətidir. Artıq növbəti bir il ərzində genişmiqyaslı müharibə başlaya bilər”.

Publika.az
xəbər verir ki, bu barədə MDB İnstitutunun direktor müavini, rusiyalı hərbi ekspert Vladimir Yevseyev deyib.

Onun sözlərinə görə, təmas xəttində artan gərginlik də yeni müharibəyə hazırlıqdır.



“Hesab edirəm ki, bu il aprel hadisələrinin təkrarı mümkündür. Xarici ölkələrin müdaxiləsi ilə gərginliyi azaltmaq olar, lakin təəssüf ki, bu da müharibənin yenilənməsinin qarşısını ala bilməyəcək. Ehtimal ki, müharibə bu il başlayacaq”, - deyə hərbi ekspert vurğulayıb.

Ermənistan mediasına danışan Yevseyev ermənilərə təxribatçı məsləhətlər də verib.

“Ermənistan təkcə müdafiəyə yox, hücuma da hazır olmalıdır. Hücum edərək, bəzi əraziləri tutmalı və Azərbaycanın “aprel müharibəsi”ndə geri qaytardığı ərazilərlə dəyişdirməlidir”, - deyə rusiyalı ekspert açıq şəkildə Ermənistanı Azərbaycana qarşı hücuma təhrik edib.

 




Ana səhifəyə qayıt        Baxış: 1 082          Tarix: 21-06-2017, 13:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma