Xəbər lenti

 

Son zamanlar Şimali Koreya ilə ABŞ arasında gərginliklər xeyli artıb. Xüsusilə Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-ın Şimali Koreya sahillərinə öz hərbi gəmisini göndərməsi xəbəri bütün dünyanın ürəyini ağzına gətirdi.

Amma bütün gərginliklərə baxmayaraq, ABŞ-ın İraq və ya Əfqanıstanda olduğu kimi, bu ölkəyə də  hərbi müdaxilə etməməsi istər-istəməz bəzi suallara yol açır: ABŞ niyə Şimali Koreya ilə müharibəyə girə bilmir?

“Euronews”in eyni adlı məqaləsi bu suala aydınlıq gətirir. Məqalənin tərcüməsini Ovqat.com oxucularına təqdim edirik:

  

 

Şimali Koreya uzun illərdir başda qonşuları Cənubi Koreya və Yaponiya olmaqla Qərbin başını ağrıtmaya davam edir. Əfqanıstan və İraq kimi ölkələrə qətiyyətlə və BMT Təhlükəsizlik Şurasının təsdiqini almadan girən ABŞ uzun zamandır vurmaqla təhdid etdiyi Şimali Koreyaya müharibə açmağa tam mənasıyla cəsarət edə bilmir.

 

İlk döyüş planı 1994-cü ildə hazırlandı

  

Pentaqon bir neçə dəfə Şimali Koreyanı vurmaq üçün döyüş planları hazırladı. İlk plan 1994-ci ildə ABŞ-ın o zamankı müdafiə naziri Villyam Perrinin təlimatıyla ərsəyə gətirildi. Plana görə, ABŞ, Şimali Koreyadakı nüvə obyektlər olduğuna inandığı yerlərə nöqtə atışı edəcəkdi. Ancaq bu hərbi müdaxilənin böyük bir müharibəyə çevrilə biləcəyi və yüz minlərlə insanın həyatı bahasına başa gələcəyi ehtimalına görə plandan vaz keçildi.

 

Tramp ilə müharibə ehtimalı artdı

  

Tramp dövrünə qədər Şimali Koreyanı vurmaq üçün çox sayda müxtəlif döyüş ehtimalları üzərində dayanıldı. Ötən il taxta çıxan Donald Tramp Vaşinqtonun Çin və Rusiyanın yardımı olmadan bu problemi tək başına həll etməkdə qərarlı olduğu mesajını verdi. Bu istiqamətdə ABŞ döyüş gəmiləri Koreya yarımadasına yaxınlaşdı. Ancaq Tramp da eyni döyüş risklərini görərək məsələni əvvəlcə Çin üzərindən həll etməyə üstünlük verdi.

 

Şimali Koreyanın bombaları

   

Mütəxəssislər Şimali Koreya ilə başlayacaq bir döyüşün asan olmayacağı fikirində həmrəydirlər. Səbəbi isə Şimali Koreya rejiminin əlindəki kimyəvi və nüvə silahlarının vurula bilməyəcək və ya da azından böyük bir qisminin baş verməsi ehtimal olunan döyüşlərdə qorunacaq yerlərə gizləmiş olmasıdır. Analitiklər rejimin bombalarını dağ sığınacaqlarında və yerin dərinliklərində gizlədiyini bildirirlər.

Döyüşün ən böyük risklərindən biri də Kim Jongun Cənubi Koreya ilə olan sərhədə minlərlə bomba yerləşdirməsidir. Hər hansı bir döyüş çıxacağı təqdirdə, Şimali Koreya Cənuba bir neçə dəqiqə içərisində minlərlə bomba ata bilər. Pyenxan bu bombalarla Yaponiyanın belə böyük bir qisminə vuracaq gücdədir. Mütəxəssislər, Şimali Koreya rejiminin təhlükəyə girməsi halında Kim Jongun əlindəki bütün silah-sursatdan istifadə etməkdən çəkinməyəcəyindən ehtiyat edirlər.

 

Ən son “Hwasong-14” adlı qitələrarası ballistik raket sınağı uğurlu olan Pxenyan bu silahlarla hətta ABŞ-ın Alyaska əyalətini belə vura biləcəyini ortaya qoydu.

Qarşıdurmanın humanitar fələkət  müstəvisiylə bərabər, Çinin bu qarışıqlıq anında nə edəcəyi bəlli deyil. Məhz bu səbəbdən iki ölkə arasında müharibənin səmərəsinin verəcəyi zərərdən az olacağı təxmin edilir. Bu ehtimal ABŞ-ı qərar verməkdən saxlayan ən başlıca səbəbdir.

Tərcümə Ovqat.com-undur




Ana səhifəyə qayıt        Baxış: 1 584          Tarix: 9-07-2017, 22:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma