Xəbər lenti

Bazar günü, iyunun 18-də ABŞ Hərbi-Dəniz Qüvvələrinin F-18 “Xornet” qırıcısı Suriya hərbi təyyarəsini vurması ilə Rusiyanın Suriyadakı uğurlarına son qoyuldu.

Publika.az xəbər verir ki, bu haqda ABŞ-ın “The National Interest” nəşri yazıb.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) açıqladığı rəsmi bəyanata görə, Suriya hərbi təyyarəsi ABŞ-ın dəstəklədiyi müxalifət güclərinə zərbələr vururdu. Dəməşqin bəyanatına əsasən, təyyarə İŞİD terror təşkilatının mövqelərinə zərbələr endirirdi.

Və təbii ki, hadisəyə Moskvanın reaksiyası çox sərt oldu.

“BMT-yə üzv dövlətin qanuni silahlı qüvvələrinə qarşı “terrorizmlə mübarizə” adı altında ABŞ aviasiyasının döyüş hərəkətləri beynəlxalq hüququn kobud pozuntusudur və faktiki olaraq, Suriya Ərəb Respublikasına qarşı hərbi təcavüzdür”, - Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilirdi.

Rusiya Suriya hərbi təyyarəsinin vurulmasından dərhal sonra Suriya səmasında toqquşmaların qarşısının alınması üçün yaradılmış ABŞ-la əlaqə kanalının bağlandığını açıqladı. Eyni zamanda açıqladı ki, Fərat çayının qərbində aşkar edilən bütün hava obyektləri hədəf kimi qəbul olunacaq. Yəni, həmçinin Amerika hərbi təyyarələri və pilotsuz kəşfiyyat təyyarələri də hədəf hesab olunacaq.

ABŞ-da yerləşən "CNA Corporation" mərkəzindən analitik Maykl Kofman hesab edir ki, Moskvanın bu qərarından sonra Suriya hava məkanında uçan koalisiya təyyarələri Rusiya hava hücumundan müdafiə güclərinin radiolakasiya stansiyaları tərəfindən müşayiət olunacaq. Onun sözlərinə görə, əslində, ruslar Amerika pilotlarını və onların müttəfiqlərini cavab hərəkətlərinə təhrik edəcəklər:

“Çünki əks təqdirdə koalisiya gücləri öz əməliyyatlarının keçirilməsi zamanı təhlükənin yüksək səviyyəsi ilə razılaşmalı olacaqlar. Bu, o deməkdir ki, indi Rusiya-Amerika münasibətləri prezidentlər və diplomatların planları və prioritetlərindən deyil, əsəblərdən, pilotlar və yerüstü xidmətlərin ani reaksiyasından asılı olacaq. Bu, nüvə apokalipsisi haqqında “Əfsus, Babilistan” romanının süjetinə bənzəyir. Romanın süjetinə görə, Latakiyada sovet bazasına təsadüfi yaylım atəşi iki super dövlətin arasında nüvə müharibəsinin bilavasitə səbəbi olur”.

Amerika nəşri qeyd edir ki, Pentaqon hərbi vəziyyətin istənilən variantına hazır olacaq. Məqalə müəllifinin fikrincə, əgər Suriyada problemlər davam edəcəksə, Moskva çətin ki, Amerika hərbçilərinin döyüş imkanlarını birbaşa yoxlamaq istəyəcək:

“Amma o bütün Yaxın Şərq regionunda ABŞ-ın həyatını çətinləşdirmək üçün başqa üsulları və başqa vasitələri tapacaq. Üfüqdə artıq yeni Amerika sanksiyaları göründü. Putində hiss yarana bilər ki, itirməyə onsuz da heç nə yoxdur və belə halda, qarşıdurmanın gücləndirilməsinə gedəcək”.

 




Ana səhifəyə qayıt        Baxış: 844          Tarix: 21-06-2017, 16:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma