Xəbər lenti

Polşanın Belarus və Rusiya ilə sərhədində tikilməkdə olan müdafiə istehkamları sistemi - “Şərq qalxanı”nı “Dəmir Pərdə”nin müasir versiyasıdır.

Musavat.com İnterfaks-a istinadən xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda deyib: “Qərbdəki bəzi siyasətçilər istehkam sisteminin tikintisinin başlamasına dəhşətlə baxırlar. Onların görmək istədikləri son şey Dəmir Pərdənin bərpasıdır.

O, əlavə edib ki, Polşa vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün dəmir pərdəni yenidən qurmaq lazımdırsa, o zaman bu, həyata keçiriləcək.

Qeyd edək ki, Tarcza Wschod (“Şərq Qalxanı”) adlanan layihə Rusiya və Belarusla sərhəddə istehkamlar, maneələr, bunkerlər və müşahidə sistemləri şəbəkəsinin yaradılmasını nəzərdə tutur. Onun ümumi dəyəri 10 milyard zloti (indiki məzənnə ilə 2,5 milyard dollardan çox) qiymətləndirilir və tikinti işlərinin başa çatdırılması 2028-ci ilə planlaşdırılır.

Əvvəllər bildirilirdi ki, Polşa Belarusla sərhəddə hasarın möhkəmləndirilməsini və modernləşdirilməsini planlaşdırır. Polşa səlahiyyətliləri 2021-ci ildəki miqrasiya böhranının təkrarlanmasından qorxurlar.

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 2 868          Tarix: 27-10-2024, 22:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma