Xəbər lenti

   Efiopiya və Somalidən qaçqınları Yəmənin sahillərinə qeyri-leqal daşıyan qaçaqmalçı 120 yeniyetmə miqrantı gəmidən atıb. Bu barədə "Reuters" Beynəlxalq Miqrasiya Təşkilatına istinadən xəbər verib. 

Sağ qalmış qaçqınlar bildiriblər ki, qaçaqmalçı yaxınlıqdakı sahil zonasında sahil mühafizəsinin gəmisinə bənzəyən gəmini gördükdən sonra onları suya atıb. Axtarış-xilasetmə əməliyyatı nəticəsində Afrikadan olan 29 qaçqının cəsədi tapılıb. Daha 22 nəfər isə itkin düşüb.

Suda boğulmuş miqrantların orta yaş həddi 16-dır. 




Ana səhifəyə qayıt        Baxış: 743          Tarix: 10-08-2017, 08:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma