Xəbər lenti

İsrailin baş naziri Benyamin Netanyahu Livanla 60 günlük atəşkəs başa çatana qədər İsrail Müdafiə Ordusunun (SAXAL) Baş Qərargah rəisi Herzi Halevini tutduğu vəzifədən azad etməyi planlaşdırır.

Oxu.Az xəbər verir ki, bu barədə İsrailin "Kan" dövlət televiziya və radio şirkəti məlumat yayıb.

Mənbənin yazdığına görə, Baş Qərargah rəisi vəzifəsindən getməklə 2023-cü il oktyabrın 7-də HƏMAS hərəkatının silahlılarının İsrailə hücumu zamanı hərbi rəhbərliyin səhvlərinə görə məsuliyyəti öz üzərinə götürəcək.

Qeyd olunur ki, qərarı İsrail Xarici İşlər Nazirliyinin rəhbəri İsrael Katz da dəstəkləyib.

Məlumat üçün əlavə edək ki, İsrail və Livan arasında atəşkəs razılaşması ABŞ və Fransanın təşəbbüsü ilə noyabrın 27-dən qüvvəyə minib. Sənəd Birləşmiş Millətlər Təşkilatının (BMT) Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) dəstəyi ilə Livan ordusunun ölkənin cənub sərhədi boyunca yerləşdirilməsini nəzərdə tutur. Öz növbəsində, İsrail tədricən (60 günə qədər müddət ərzində) qoşunlarını Livanın cənubundan çıxaracaq.




Ana səhifəyə qayıt        Baxış: 2 398          Tarix: Bu gün, 14:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma