Xəbər lenti

Almaniyanın müdafiə naziri Rusiyanın artan hərbi təhlükəsi barədə xəbərdarlıq edib. Bundestaq qarşısında çıxış edən Boris Pistorius Rusiyanın müdafiə sahəsindəki səylərinin artdığını vurğulayıb.

Musavat.com xəbər verir ki, bu barədə Bild məlumat yayıb.

"Rusiya tamamilə hərbi iqtisadiyyata keçib və hər il ordusuna 1000-dən 1500-dək tank təhvil verir. Bu, Avropanın beş ən böyük ölkəsinin birlikdə malik olduğu tank sayından təxminən iki dəfə çoxdur. Bizim üçün bu aydındır: Rusiya təhlükəsizliyimizə ən böyük təhdiddir və yaxın gələcəkdə də belə qalacaq", — deyə nazir vurğulayıb.

Almaniya hökuməti parlamentə üç qanun layihəsi təqdim edib. Onlardan biri, Litvada daimi briqada yerləşdirilməsi ilə əlaqədar hərbi və mülki işçilərin maaşlarının yaxşılaşdırılmasını nəzərdə tutur. Almaniya 2025-ci ildən etibarən NATO-nun şərq cinahını gücləndirmək məqsədilə orada 4800-dək əsgər və 200 mülki əməkdaş yerləşdirməyi planlaşdırır.

Digər qanun layihəsində isə keçmiş əsgərlərin "xarici qüvvə" (məsələn, Rusiya və ya Çin) üçün əvvəlcədən razılaşdırılmadan işləməsi ilə bağlı cinayət məsuliyyətinin tətbiqi təklif edilir.

"Belə bir qanun əvvəllər mövcud deyildi, amma indi çox vacibdir", — deyə Boris Pistorius bildirib. "Biz yüksək ixtisaslı keçmiş Bundestaq hərbçilərinin cazibədar təkliflər vasitəsilə xarici maraqlar üçün işləməsinin qarşısını alacağıq".

Afaq,

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 3 100          Tarix: 5-12-2024, 21:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma