Xəbər lenti

"Belarus Ukrayna üzrə sülh danışıqlarında iştirak etmək iddiasındadır, Minskin maraqları nəzərə alınmalıdır".

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Belarus xarici işlər nazirinin müavini Yuri Ambrazeviç Xarici İşlər Nazirliyi yanında Xaricdəki belarusların işləri üzrə Məşvərət Şurasının 9-cu iclasında bildirib.

"Belarus tərəfi lap əvvəldən Ukraynada eskalasiyanın qarşısını almaq üçün sülhməramlı addımlar atırdı. Ona görə də əvvəldən bəyan etmişdik ki, Ukrayna üzrə sülh danışıqları başladığı zaman danışıqlar masası arxasında yerə iddialıyıq. Öz təhlükəsizliyimizə zəmanət almaq bizim üçün vacibdir. Yekun razılaşmalarda, həmçinin Belarus tərəfinin də maraqları nəzərə alınmalıdır", - deyə o qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 2 840          Tarix: 16-12-2024, 14:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma