Xəbər lenti

Macarıstanın Varşavadakı səfiri Polşa Xarici İşlər Nazirliyinə çağırılacaq.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşa XİN məlumat yayıb.

Bundan əlavə, Budapeştdə olan Polşa səfiri məsləhətləşmələr üçün geri çağırılacaq.

İki ölkə arasında gərginliyə səbəb Polşa Ədliyyə Nazirliyinin keçmiş rəis müavini Marçin Romanovskiyə Macarıstan hakimiyyəti tərəfindən siyasi sığınacağın verilməsidir.

"Macarıstan öhdəliklərinə əməl etməzsə, Polşa da Avropa İttifaqı haqqında Müqavilənin 259-cu maddəsinə uyğun olaraq, Macarıstana qarşı işin başlanması üçün Avropa Komissiyasına müraciət edəcək", - deyə Polşa XİN-in yaydığı bəyanatda qeyd olunur.




Ana səhifəyə qayıt        Baxış: 2 875          Tarix: Dünən, 15:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma