Xəbər lenti

Rusiyanın Kazan hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidmətinin "Telegram" kanalında məlumat verilib.

"Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün yanvarın 2-də Moskva vaxtı ilə saat 00:00-dan (Bakı vaxtı ilə 01:00 - red.) Kazan hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Hava limanı müvəqqəti olaraq aviareysləri qəbul etmir və yola salmır", - məlumatda bildirilir.

Bundan başqa, Rusiyada Saratov, Penza və Saransk hava limanlarında da məhdudiyyətlər tətbiq edilib.




Ana səhifəyə qayıt        Baxış: 2 837          Tarix: 2-01-2025, 09:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma