Xəbər lenti

Fransanın cənubundakı Arl kommunasının mərkəzi həbsxanasında məhbus bir neçə nəfəri girov götürüb.

“Report” xəbər verir ki, bu barədə “La Provence” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, söhbət üç tibb işçisi və bir həbsxana gözətçisindən gedir.

Bıçaqla silahlanan məhbusla bağlı başqa təfərrüatlar verilmir.

“La Provence” qeyd edir ki, Arl həbsxanası ötən əsrin 90-cı illərində tikilib. O, 159 məhkum üçün nəzərdə tutulub, hazırda orada 137 nəfər cəza çəkir.




Ana səhifəyə qayıt        Baxış: 3 143          Tarix: 3-01-2025, 20:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma