Böyük Britaniyanın Baş naziri Keyr Starmer Ukraynanın paytaxtına səfər edib.
Axar.az xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb.
Britaniya hökuməti bildirib ki, Starmer və Ukrayna Prezidenti Vladimir Zelenski müdafiə, elm, energetika və ticarət kimi sahələri əhatə edən və "tarixi saziş" adlandırılan "100 illik tərəfdaşlıq" müqaviləsi imzalayacaqlar.
***
Keyr Starmer və Vladimir Zelenski Böyük Britaniya və Ukrayna arasında yüz illik əməkdaşlığa dair saziş imzalayıblar.
"Bu gün həqiqətən tarixi bir gündür. Ukrayna ilə Böyük Britaniya arasında münasibətlər həmişəkindən daha sıxdır. Biz yeni səviyyəyə çatmışıq, bu, strateji münasibətdən də artıqdır. Biz 100 illik tərəfdaşlıq haqqında saziş imzalamışıq”, - Zelenski bildirib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər