Cənubi Koreya Prokurorluğu hakimiyyətdən uzaqlaşdırılmış Prezident Yun Sok Yola qarşı qiyamda ittiham irəli sürüb.
Oxu.Az bu bardə TASS-a istinadla xəbər verib.
Məlumata görə, prezident hərbi vəziyyətlə bağlı hadisələrə görə dövlət quruluşuna qarşı qiyamda ittiham olunur. Bildirilir ki, o, hərbi vəziyyətin ləğvi ilə bağlı səsvermənin pozulması üçün parlamentə hərbçilər göndərə bilərdi.
Xatırladaq ki, Yun Sok Yol yanvarın 15-də həbs edilib. Ölkə tarixində ilk dəfədir ki, fəaliyyətdə olan dövlət başçısı həbs edilib. Belə ki, 2024-cü ilin dekabrın 14-də parlament hərbi vəziyyətlə bağlı hadisələrə görə ona qarşı impiçment elan edib. Ancaq Konstitusiya Məhkəməsinin qərarına qədər onun səlahiyyətləri dayandırılmış hesab olunur.
Yanvarın 23-də Cənubi Koreyanın Yüksəkvəzifəli şəxslərin korrupsiyaya qarşı mübarizə idarəsi Yun Sok Yolla bağlı araşdırmanı başa çatdırıb və prokurorluqdan ona qarşı qiyamda ittiham irəli sürməyi xahiş edib.
Paylaş: