Xəbər lenti

ABŞ hökuməti İsraili özünümüdafiə üçün lazım olan hər şeylə təmin etməyi planlaşdırır.

Oxu.Az-ın məlumatına görə, bu barədə Pentaqonun bəyanatında qeyd olunub.

Bildirilib ki, ABŞ-nin yeni müdafiə naziri Pit Heqset İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

"Nazir Heqset vurğulayıb ki, Prezident Donald Trampın rəhbərliyi altında ABŞ İsrailin özünümüdafiə üçün lazım olan imkanlara malik olmasına tam sadiqdir. Hər iki lider sıx əlaqələri davam etdirməyi razılaşdırıb", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 25-də Co Bayden administrasiyası tərəfindən tətbiq edilən İsrailə 2 min funt (təxminən 907 kq) çəkisində aviabombaların verilməsinə qoyulan qadağanı ləğv etdiyini təsdiqləyib. Onun sözlərinə görə, bombalar çoxdan anbarlarda idi, İsrail tərəfi onlar üçün pul ödəyib və çoxdan çatdırılmanı gözləyir.

"Axios" xəbər verib ki, yaxın günlərdə ABŞ-dəki anbarlarda saxlanılan 1800 ədəd "MK-84" bombasını gəmiyə yükləyib İsrailə çatdıracaqlar.




Ana səhifəyə qayıt        Baxış: 3 932          Tarix: 27-01-2025, 10:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma