![](/templates/Wmediat51/images/vetendash.jpg)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fevralın 23-də keçirilməsi planlaşdırılan qurultayı ərəfəsində hökumətdə dəyişikliklə bağlı qərar verə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Duvar" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, vitse-prezident, maliyyə, xarici işlər, müdafiə, səhiyyə, ətraf mühit və şəhərsalma nazirləri vəzifələrində qalacaqlar.
Mədəniyyət və turizm, kənd və meşə təsərrüfatı, maliyyə və xəzinədarlıq nazirliklərinin ayrılması məsələsi də müzakirə olunur. Bildirilir ki, bu nazirliklər müxtəlif sahələrə cavabdeh olduqları üçün həddindən artıq yüklənir. Hesab olunur ki, bu sahələrin bəzilərini ayrıca nazirlik kimi ayırmaq olar. Hələlik rəhbərliyin bu məsələlərlə bağlı dəqiq planları barədə məlumat yoxdur.
Qeyd edək ki, xizək kurortunda 78 nəfərin ölümündən sonra mədəniyyət və turizm naziri Mehmet Ersoy istefa tələb etsə də, Prezident Ərdoğan bu tələbi qəbul etməyib.
Paylaş: