Xəbər lenti

Almaniyanın şimalındakı Şlezviq-Holşteyn federal əyalətinin Husum şəhəri yaxınlığındakı aviabazanın üzərində naməlum PUA-lar müşahidə edilib.

Axar.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, yanvarın 9-dan 29-a kimi Şlezviq-Holşteyn aviabazası üzərində mənşəyi naməlum peşəkar pilotsuz uçuş aparatlarının iştirakı ilə ümumilikdə “6 təhlükəsizlik hadisəsi” baş verib.

Almaniya Hərbi Hava Qüvvələrinin bazasında hava hücumundan müdafiə bölmələri üçün təlim mərkəzi yerləşir. Xüsusilə, hərbçilərə “Patriot” raket əleyhinə müdafiə sisteminin istifadəsi üzrə təlimlər keçirilir. Ukraynalı hərbçilər də mərkəzdə təlim keçir.

Bildirilib ki, hazırda casusluqda şübhəli bilinərək istintaq aparılır.




Ana səhifəyə qayıt        Baxış: 2 577          Tarix: Dünən, 20:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma