Xəbər lenti

Rusiya hərbçiləri Xarkov vilayətinin Fiqolevka yaşayış məntəqəsini nəzarətə götürüblər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi "Telegram" kanalında məlumat verib.

Məlumata görə, yaşayış məntəqəsi Qərb Qoşun Qruplaşmalarının qüvvələri tərəfindən nəzarətə götürülüb.

Həmçinin bildirilib ki, bu ərazidə gedən döyüşlərdə Ukrayna Silahlı Qüvvələrinin üç mexanikləşdirilmiş birləşməsinə, iki hücum briqadasına və iki ərazi müdafiə briqadasına zərbə endirilib.




Ana səhifəyə qayıt        Baxış: 2 671          Tarix: 17-02-2025, 16:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma