Xəbər lenti

Ukrayna nümayəndələri Səudiyyə Ərəbistanında ABŞ və Rusiya nümayəndə heyətlərinin görüşündə iştirak etməyəcəklər.

Oxu.Az UNIAN-a istinadla xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bunu jurnalistlərə Əbu-Dabidən videobağlantı zamanı deyib.

Ukraynanın sözügedən görüşdə iştirak etməyəcəyini vurğulayan V.Zelenski bildirib:

"Ukrayna bu barədə heç nə bilmirdi. Rəsmi Kiyev Ukrayna olmadan ölkəmiz haqqında istənilən danışıqları nəticəsi olmayan danışıqlar kimi qiymətləndirir və biz olmadan haqqımızda istənilən şeyləri və ya istənilən razılaşmaları tanıya bilmərik. Belə danışıqları tanımayacağıq".

Ukrayna lideri əlavə edib ki, neft qiymətləri aşağı salınsa, Rusiya-Ukrayna müharibəsi tez qurtara, Putin zəif vəziyyətə düşə bilər.

Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov ABŞ nümayəndələri ilə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada yola düşüblər.




Ana səhifəyə qayıt        Baxış: 3 767          Tarix: 17-02-2025, 19:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma