Xəbər lenti

"Təəssüf ki, baş verən bu proseslər ukraynalıların psixi və psixoloji vəziyyətinə təsir edir. Ukraynalılar özlərini aldadılmış hiss edirlər. Mən xalqımın hissləri ilə oynanılmasını istəmirəm".

Oxu.Az xəbər verir ki, bu sözləri Türkiyə KİV-nə açıqlamasında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilmiş ABŞ-Rusiya danışıqlarına münasibət bildirən Volodimir Zelenski bildirib.

Ukrayna prezidenti ABŞ-Rusiya ikitərəfli münasibətləri ilə bağlı isə bunları deyib:

"İstəsək də, istəməsək də bu, onların ikitərəfli əməkdaşlığı və ABŞ-nin öz qərarıdır. Təbii ki, biz müşahidə edirik ki, onlar Vladimir Putini siyasi təcriddən çıxarırlar, lakin bu, hər bir halda onların qərarıdır, danışıqlar aparırlar".




Ana səhifəyə qayıt        Baxış: 3 038          Tarix: 19-02-2025, 17:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma