Xəbər lenti

London və Paris Trampa Ukraynada hərbi birliklərin yerləşdirilməsini və NATO-nun Şərqi Avropadakı mövcudluğunu gücləndirməyi təklif edəcək.

Axar.az xəbər verir ki, bunu Britaniyanın “Teleqraf” mənbələrə istinadla məlumat yayıb.

“Böyük Britaniya və Fransa Qərb hərbi qüvvələrinin Ukrayna şəhərlərində və strateji obyektlərində, böyük kontingenti isə qonşu NATO ölkələrində yerləşdirilməsini nəzərdə tutan plan hazırlayıb. Böyük Britaniyanın baş naziri bu planı gələn həftə Vaşinqtonda Trampa təqdim edəcək”, - nəşr bildirib.

Nəşr planda yer alan əsas maddələri də açıqlayıb:

- 30.000-ə qədər Avropa əsgərinin Ukraynada, cəbhə xəttindən uzaqda, kritik ərazilərdə (şəhərlər, limanlar, atom elektrik stansiyaları) yerləşdirilməsi;

- Kəşfiyyat təyyarələri, pilotsuz təyyarələr və peyklər vasitəsilə nəzarətin gücləndirilməsi;

- Ticarət yollarını qorumaq üçün Qara dənizdə dəniz patrulları keçirmək;

- ABŞ Polşa və Rumıniyada döyüş təyyarələri və raketlərini hazır vəziyyətdə saxlayacaq və növbəti işğal halında Rusiyaya zərbə endirmək öhdəliyi götürəcək;

- Alyansın şərq sərhədlərində böyük çoxmillətli NATO qüvvələrinin Ukraynaya sürətlə göndərmək imkanı ilə yerləşdirilməsi.

Avropalı mənbələr nəşrə açıqlamalarında deyiblər ki, söhbət sülhməramlı qüvvələrdən deyil, Rusiyanın gələcək təcavüzünün qarşısını almalı və mümkün atəşkəsin həyata keçirilməsinə zəmanət verməli olan çəkindirici qüvvələrdən gedir.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniya Baş naziri Keyr Starmerin gələn həftə Ukrayna ətrafındakı vəziyyətlə bağlı Vaşinqtona səfər edəcəkləri barədə məlumat yayılmışdı.




Ana səhifəyə qayıt        Baxış: 3 076          Tarix: Dünən, 12:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma