Xəbər lenti

Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib ki, Ankara Ukraynadakı münaqişə ilə bağlı öz ərazisində sülh danışıqlarını təşkil etməyə hazırdır.

Oxu.Az xəbər verir ki, türkiyəli diplomat bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə iştirak etdiyi mətbuat konfransında bildirib.

"Müharibə başlayandan qısa müddət sonra tərəfləri İstanbulda topladıq. Biz bu gün də münaqişənin sülh yolu ilə həllini tapmaq üçün diplomatik işimizi davam etdiririk. Müharibənin dördüncü ilinə qədəm qoyuruq. Biz ABŞ-nin başlatdığı, bizim mövqeyimizə də uyğun gələn danışıqları müşahidə edirik. Eyni zamanda, inanırıq ki, müsbət nəticə hər iki tərəfin iştirakı ilə əldə edilə bilər. Bu kontekstdə biz hər cür dəstəyi verməyə hazırıq. Münaqişənin təcili olaraq sülh yolu ilə nizamlanmasına ehtiyac var", - deyə Hakan Fidan vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 3 105          Tarix: Bu gün, 15:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma