Xəbər lenti

Ukrayna və Almaniya silahların, ilk növbədə, dronların birgə istehsalı üzrə yeni razılaşmalara malikdir.

“Report” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Berlində Almaniya kansleri Fridrix Merts ilə birgə mətbuat konfransında bildirib.

"Şadam ki, bu gün dövlətlərimiz arasında birgə layihələrə dair yeni razılaşmalar var. Biz bütün təfərrüatları ictimaiyyətə açıqlamayacağıq. Lakin bu gün Ukraynada istehsala investisiyalar barədə razılaşmalar var. İlk növbədə, bu, dronların istehsalıdır", - V.Zelenski deyib.




Ana səhifəyə qayıt        Baxış: 2 831          Tarix: 28-05-2025, 19:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma