Xəbər lenti

Böyük Britaniya Rusiyanı çəkindirmək üçün 12 ədəd nüvə hücum sualtı qayığı inşa edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat Böyük Britaniya hökumətinin saytında dərc edilib.

Sualtı qayıqlar AUKUS hərbi alyansı (Avstraliya, Böyük Britaniya və ABŞ) çərçivəsində hazırlanacaq.

Qeyd olunur ki, donanma nüvə hərəkətli və adi silahlara malik SSN-AUKUS tipli sualtı qayıqların əlavə edilməsi ilə genişləndiriləcək.

Məsələyə Böyük Britaniyanın müdafiə naziri Con Hili də münasibət bildirib. O qeyd edib ki, təhdidlər artır və Böyük Britaniya Rusiya təhlükəsinin qarşısını almaq üçün qətiyyətli addımlar atmalıdır.




Ana səhifəyə qayıt        Baxış: 3 242          Tarix: 2-06-2025, 10:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma