Xəbər lenti

Niderlandda növbədənkənar parlament seçkisi oktyabrın 29-da keçiriləcək.

Oxu.Az "Algemeen Dagblad" nəşrinə istinadən xəbər verir ki, bu barədə Niderlandın daxili işlər naziri vəzifəsini icra edən Yudit Autermark məlumat verib.

Qeyd edək ki, Niderlandda ifrat sağçı Azadlıq Partiyasının sədri Gert Vilders bildirib ki, onun partiyasında miqrasiya ilə bağlı fikir ayrılığı yarandığından partiya hökuməti tərk edir. Bu hadisə hökumətin dağılmasına və növbədənkənar seçkinin keçirilməsinə səbəb olub.




Ana səhifəyə qayıt        Baxış: 2 759          Tarix: 6-06-2025, 19:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma