
“ABŞ Ukraynaya hərbi yardımı azaldacaq”.
Ovqat.com-un məlumatına görə, ABŞ-ın müdafiə naziri Pit Heqset iyunun 10-da Konqresdə keçirilən dinləmələrdə belə deyib.
O bildirib ki, Birləşmiş Ştatlar qarşıdan gələn müdafiə büdcəsində Ukraynaya hərbi yardım üçün ayrılan maliyyəni azaldacaq.
"(Tramp) administrasiyası bu münaqişəyə çox fərqli baxır. Biz inanırıq ki, danışıqlar yolu ilə, sülh yolu ilə həll hər iki tərəfin və millətimizin maraqlarına, xüsusən də bütün dünyada rəqabət maraqlarımıza uyğundur."
Hegseth Ukraynaya ayrılan maliyyənin azaldılmasının həcmi ilə bağlı təfərrüatları açıqlamayıb.
Onun bu açıqlaması Rusiyanın həftələrdir Ukrayna şəhərlərinə o cümlədən Kiyevə intensiv hücumlarından sonra verilib. Halbuki artan hava hücumları fonunda prezident Vladimir Zelenski ABŞ-ı Ukraynanı kritik hava hücumundan müdafiə sistemləri ilə dəstəkləməyə çağırmış, hətta bu sistemləri birbaşa almağı təklif etmişdi.
Pit Heqset Konqresdəki çıxışında onu da deyib ki, ABŞ Ukrayna müharibəsində pilotsuz təyyarələrdən istifadəni öyrənir, lakin onlara hərbi yardım etmir.
Qeyd edək ki, Rusiya 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı müdaxiləyə başlayandan bəri ABŞ Kiyevə 66 milyard dollardan çox hərbi dəstək verib. Lakin ABŞ prezidenti Donald Tramp yanvar ayında ikinci səlahiyyət müddətinə başlayanda Kiyevə yeni hərbi yardım paketlərinin təsdiqini dayandırdı. Trampın rəhbərliyi altında Vaşinqtonun Ukrayna ilə bağlı siyasəti kəskin şəkildə dəyişdi. Ukraynanın müstəqilliyini və suverenliyini dəstəkləmək çağırışları onun Rusiya ilə sövdələşməsi tələbləri ilə əvəzləndi və Tramp vaxtaşırı Zelenskini tənqid atəşinə tutdu.
Fevral ayında Oval Ofis görüşü zamanı iki ölkə liderinin məşum toqquşmasından sonra ABŞ Ukraynaya bütün hərbi yardımı müvəqqəti olaraq dayandırmışdı. Bundan əlavə, ABŞ Müdafiə naziri Hegseth, Pit Heqset iyunun 4-də Ukraynanın Müdafiəsi Qrupunun son iclasına qatılmamışdı; bu, ABŞ müdafiə nazirinin tammiqyaslı işğalın başlanğıcından bəri ilk belə addımı idi.
Zelenski bu yaxınlarda verdiyi müsahibədə ABŞ-ın əvvəlcə Ukrayna üçün nəzərdə tutulmuş 20 min pilotsuz uçuş aparatına qarşı raketi Yaxın Şərqdəki Amerika qüvvələrinə yönləndirdiyini bildirmiş və bundan təəssüflənmişdi. Görünən budur ki, ABŞ Ukraynanın öz haqq savaşında məğlubiyyəti üçün əlindən gələni etməyə çalışır.
Paylaş: