Xəbər lenti

ABŞ Prezidenti Donald Tramp Şarlottasvil şəhərində irqçilərin və onlara müxalif olan qrupların qarşudurmasının ardınca açıqlama verib.

Publika.az xəbər verir ki, prezident kuklusklançılar, faşist tərəfdarları və ağların üstün olduğunu düşünənlər və onlara nifrət bəsləyən insanların Amerikanın dəyərlərinə qarşı çıxdığını deyib.

O, irqçilik edən insanları şeytan adlandırıb və onları quldurluqda ittiham edib.

Əvvəlki açıqlamalarında da irqçiliyə qarşı olduğunu söyləyən Tramp bu dəfə ən sərt şəkildə nifrəti və şiddəti qınadığını, ölkəsində bu cür münasibətlərə yer olmadığını dilə gətirib.

Qruplararası qarşıdurmada onlarla insanın yaralanması və 1 nəfərin həlak olmasına diqqət çəkən Tramp “üzüntü içindəyəm” deyib.

 




Ana səhifəyə qayıt        Baxış: 817          Tarix: 15-08-2017, 13:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma