
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens sentyabrın 29-da Ağ Evdə Prezident Donald Trampla görüşdən sonra hökumətin fikir ayrılıqlarına görə fəaliyyətini dayandırmağa doğru getdiyini bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Düşünürəm ki, biz şatdauna doğru gedirik, çünki demokratlar düzgün hərəkət etmək istəmirlər. Ümid edirəm ki, onlar öz fikirlərini dəyişəcəklər, amma görərik", - deyə o bildirib.
Eyni zamanda, Vens demokratların bəzi təkliflərini ağlabatan hesab etdiyini etiraf edib. Vitse-prezident vurğulayıb ki, hökumətin maliyyələşdirilməsi dayandırılsa belə, administrasiya əsas xidmətlərin fəaliyyətini təmin etməyə çalışacaq.
Daha əvvəl Tramp Konqresdəki respublikaçılar və demokratlar oktyabrın 1-dək maliyyələşdirmənin davam etdirilməsi ilə bağlı qanun layihəsi üzrə konsensusa gələ bilməsələr, şatdaun ehtimalının olduğunu bildirmişdi. Sentyabrın 19-da Senat federal hökumətin maliyyələşdirilməsini davam etdirmək üçün iki qanun layihəsini rədd edib.
Paylaş: