Xəbər lenti

 

İspaniya sahil mühafizə xidməti sutka ərzində Avropaya keçməyə çalışarkən batmaq təhlükəsi ilə üzləşən 600 miqrantı xilas edilib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə sahil mühafizə xidmətinin məlumatında bildirilir.

Məlumata görə, xilas olunan miqrantlar 15 rezin qayıq vasitəsilə dənizi keçməyə cəhd ediblər.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, ilin əvvəlindən dəniz yolu ilə İspaniyaya 8 min miqrant keçib, 121 nəfər Aralıq dənizini qeyri-leqal yolla keçməyə cəhd edərkən həyatını itirib.




Ana səhifəyə qayıt        Baxış: 623          Tarix: 16-08-2017, 23:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma