Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
Yaponiyanın “Sharp” şirkəti qabaqcıl “Aquos R” smartfonunu təqdim edib. Sözügedən qurğu yüksək təsvir ölçülü kameralarla təchiz edilib.
Yeni aparat 2560 x 1440 piksel təsvir ölçülü 5,3 düymlük “IGZO” displey, “HDR10” texnologiyası, yüksək məhsuldarlıqlı “Qualcomm Snapdragon 835” prosessoru, 4 QB-lıq əməli və 64 QB-lıq daimi yaddaşla təchiz edilib. Çıxarılıb taxılan “microSD” daşıyıcısı mövcuddur.
Ovqat.com “dailycomm.ru” saytına istinadən bildirir ki, əsas kamera 22,6 meqapiksellik matrisə və işıq diodu işıqlandırıcısına malikdir. Ön kameranın təsvir ölçüsü 16 meqapikseldir.
Telefon metal və şüşədən düzəldilmiş korpusa malikdir. Smartfonun digər özəlliyi “IPx8” standartı üzrə suya qarşı davamlı olmasıdır.
Cihazın fiziki ölçüsü 153x74x8,7 mm-dir və “Android 7.1” mobil əməliyyat sistemi ilə işləyir. “Quick Charge 3.0” sürətli enerjidoldurma funksiyasını dəstəkləyən akkumulyator batareyasının tutumu 3160 milliamper/saatdır.
“Aquos R” modelinin satışa çıxarılma tarixi və qiyməti haqda məlumat yoxdur.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar