Xəbər lenti

Pauerliftinq üzrə dünya və Avropa çempionu olan Rusiya vətəndaşı Andrey Draçyovun qətlində şübhəli bilinən azərbaycanlı Anar Allahverənovun qardaşı hazırda həbsxanadadır.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, Natiq Xabarovskda adam döyməkdə ittiham olunaraq həbs edilib.

Qeyd edilir ki, şübhəlilər Yevgeni Rufanov və Natiq Allahverənov polis tərəfindən 11 ay axtarılıb və 2013-cü ildə saxlanılıb.

“Görürük ki, insanların döyülməsi ailənin xüsusiyyətidir. Qardaşı yalnız insanı döyübsə, Anar onu öldürüb”, - xəbərə reaksiya verən blogerlərdən biri yazıb.

Xatırladaq ki, avqustun 20-də səhər Andrey Draçyov Xabarovskda kafenin qarşısında bir nəfərlə dalaşan zaman başından aldığı zərbə nəticəsində xəstəxanada ölüb. Rusiya KİV-inin yazdığına görə, A. Draçyovu öldürən şəxs Amur sakini olan 1992-ci il təvəllüdlü Allahverənov Anar Əliyar oğludur. O, hazırda axtarışdadır.




Ana səhifəyə qayıt        Baxış: 951          Tarix: 22-08-2017, 14:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma