Xəbər lenti

 Honkonqda baş verən güclü qasırğa nəticəsində 1 nəfər ölüb, 62 nəfər xəsarət alıb, Çinin xüsusi inzibati bölgəsi Makaoda isə 8 nəfər yaralanıb.

 APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, təbii fəlakət həmçinin Makao, Honkonq və Çinin Quandun əyalətlərini əhatə edib.

 “Pakxar” qasırğası ilə əlaqədar görə Honkonqun beynəlxalq havalimanında 670 uçuş ləğv edilib, dəniz nəqliyyatı dayandırılıb, ictimai nəqliyyat iflic olub. Şəhərdə həmçinin dövlət idarələri, banklar və məktəblər bağlanıb. Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır.

 Qeyd edək ki, avqustun 24-də Çinin cənubunda  “Xato” qasırğası 12 nəfərin həyatına son qoyub.

 




Ana səhifəyə qayıt        Baxış: 604          Tarix: 28-08-2017, 07:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma