Bildiyimiz kimi, Everest dünyanın ən uca zirvəsidir. Onun hündürlüyü 8.848 metrdir. Bu dağa dırmaşmaq hər bir alpinistin arzusudur. Ancaq statistikaya görə, dağa çıxan hər 10 nəfərdən biri ölür.
Everestdə 250-dən çox cəsədin olduğu bildirilir.
Everestə çıxan və bu yolda həyatını fəda edən 10 alpinistin ölüm hekayəsini təqdim edirik:
1. 1996-cı ildə Everestə çıxan hindli alpinist Tsevanq Paljor qorxunc bir qar fırtınası zamanı həyatını itirib. Geyindiyi parlaq botlara görə “Yaşıl botlar” adı verilən idmançının cəsədi 2014-cü ildə daha aşağı bir yerə endirilib.
2. Fransis oksigen balonundan istifadə etmədən Everestə çıxan ilk amerikalı qadın olmaq istəyirdi. Bundan ötrü 2 dəfə sınaq keçirən alpinist, 3-cü dəfə bunu bacardı. Ancaq sevincini qeyd etməyə fürsəti olmadı.
3. İngilis macərapərəst alpinist Devid Şarp 2006-cı ildə “Yaşıl bot”ların olduğu yerdə fasilə vermək üçün başının dizinə qoydu və bir daha oyanmadı. Devidin halının pisləşdiyini, kömək istədiyini eşidən 40 alpinist isə ona yardım etmədi.
4. 1924-ci ildə missiyasını tamamlayan Corc Mellorinin cəsədini 75 il sonra tapıldı. Mellorinin zirvəyə çatıb-çatmaması isə bilinmir. Bəlkə də zirvəyə çatan ilk insandır.
5. Hennelor Şmatz Everestdə ölən ilk qadın alpinistdir. O, 1979-cu ildə soyuq və şaxtalı havaya tab gətirməyərək həlak olub.
6. İngilis pilot Mauris Vilson, Corc Mellorinin olduğu yeri keçib, Everestə çatacağına inanırdı. Ancaq 1934-cü ildə çıxdığı macəra dolu yol yarımçıq qaldı və qar fırtınasına düşdü. Cəsədi tapılan Maurisin çantasından dırmanmaq üçün sərf etdiyi əzm və hisslərini ifadə etdiyi bir gündəlik tapıldı.
7. Marko Siffredi və dostu dağın zirvəsinə snoubord edərək 12 saatda çıxıb. Fasilə verən Siffredinin son sözləri “Çox yorğunam. Qar həddindən artıq çoxdur” olub. O, geri dönə bilməyib və həlak olub.
8. 1996-cı ilin yaz ayı Everestin ən qaranlıq zamanları adlanır. Həmin vaxt Everestdə 8 alpinist həyatının itirib. Onlardan biri də Yasuko Namba idi.
9. “Seven Summits Challenge” (Everestə 7 dəfə çıxmaq) adlanan yarışmanın dördünü tamamlayan Piter Kinloç beşincisini də həyata keçirmək istədi. Zirvədən geri qayıdan Piterin yolda gözü görməməyə başladı. Ona bölgəyə kömək çağırılandan sonra 12 saat dərman və oksigen verildi. Hava qaralandan sonra yardım komandası geri qayıtdı. Aylar sonra dağa çıxmağa qərar verən Piterin dostu onun cansız bədəni ilə qarşılaşdı.
10. Karl Qordon Heniz 1993-cü ildə uzun məsafəli tapşırıqların insan bədəninə təsirlərini ayırd etmək üçün Everestə dırmandı. Ancaq o, “NASA”nın yaratdığı cihazı fərqli sıxlıqlarda radiyasiyaya məruz buraxmağa çalışarkən yolçuluğunun ikinci günündə yüksək sıxlıq səbəbilə həyatı itirdi./Publika.az/