Xəbər lenti

 

Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən PKK terror qruplaşması haqqında hazırlanan hesabatda ortaya çıxan nəticələr görənləri dəhşətə gətirib.

Publika.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin PKK-ya qoşulan vətəndaşlarla bağlı apardığı 5 ili əhatə edən tədqiqatda son 2 ildə terror təşkilatına qatılan insanların ortalama yaş həddinin 12 olduğu ortaya çıxıb.

Hesabata əsasən PKK-ya qoşulanların sayı hər il azalır. Terror təşkilatına qoşulanların 70 faizi xarici vətəndaşlardır.

Son nəticələrə görə PKK-ya Türkiyədən qatılan insanların sayı azaldıqca, Suriyadan qoşulanların sayı 80%-ə qədər artıb.

Daxili İşlər Nazirliyinin hesabatına görə, son 5 il ərzində PKK-ya 12321 nəfər qatılıb. Bunlardan 8706-sı kişi, 2948-i qadınlardır, 667-nin isə cinsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

Təşkilata qoşulanlar içərisində 5099 nəfərin 18 yaşından kiçik, təxminən 12 yaşlarında uşaqlar olduğu məlum olub. Onların 71%-i faizi oğlan, 29%-i qızdır.

2015-ci ildə separatçı təşkilata 3698, 2016-cı ildə isə 621 nəfər qoşulub.

Statistikaya görə, 2 il ərzində dağa göndərilən azyaşlıların 50%-i öldürülüb.

Bu ilin may ayı ərzində təşkilata yalnız 48 yeni üzv qatılıb.

 




Ana səhifəyə qayıt        Baxış: 699          Tarix: 16-06-2017, 12:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma