Xəbər lenti

 

Azərbaycan vətəndaşı Krımdan Ukraynaya keçməyə çalışıb. Ona girişi qadağan edəndə, həmyerlimiz Ukrayna sərhədçilərinə üç min rubl rüşvət təklif edib.

Bu haqda "Herson" nəşrinə Ukrayna Sərhəd Xidmətindən məlumat veriblər.

Sərhəd Xidmətindən bildiriblər ki, Azərbaycan vətəndaşı müvəqqəti işğal edilmiş Krım ərazisinə giriş qaydasını pozub, ora xüsusi icazə olmadan, özü də Rusiyadan keçib.

Sərhədçilər təklif olunan rüşvətdən imtina ediblər. Nəticədə Azərbaycan vətəndaşına üç il müddətinə Ukraynaya giriş qadağan olunub./Virtualaz.org/




Ana səhifəyə qayıt        Baxış: 890          Tarix: 3-09-2017, 23:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma