Xəbər lenti

2001-ci ildə ABŞ-da törədilmiş 11 sentyabr terror aktlarından 16 il ötür. Bazar ertəsi kişi, qadın və uşaqlar da daxil olmaqla 2977 nəfərin ölümü ilə nəticələnən faciə qurbanlarının xatirəsi anılacaq.

"Report" xəbər verir ki, matəm mərasimi Manhettendə terror aktları qurbanlarının xatirəsinə ucaldılmış memorialın qarşısında başlayacaq.

Bakı vaxtı ilə 16:46-da birinci bir dəqiqəlik ümumşəhər sükutu elan olunacaq. Ardınca memorial ərazisində həzin musiqi sədaları altında bütün həlak olanların adları sadalanacaq. Sükut cəmi altı dəfə olacaq, onlar hər il elan edilir.

2001-ci ilin 11 sentyabrında "Əl-Qaidə" terror qruplaşmasından olan 19 terrorçu 4 sərnişin təyyarəsini ələ keçirib. Onlardan ikisi Ümumdünya Ticarət Mərkəzinin qoşa binalarına, daha biri Pentaqonun binasına yönləndirilib. Digər dördüncüsü isə Vaşinqton istiqamətində yönləndirilsə də Pensilvaniya ştatının Şenksvill şəhəri yaxınlığında qəzaya uğrayıb.




Ana səhifəyə qayıt        Baxış: 513          Tarix: 11-09-2017, 12:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma