Xəbər lenti

 

Türkiyə-Ermənistan sərhədini keçən türk çoban rus sərhədçilər tərəfindən saxlanılıb.

Ovqat.com virtualaz.org-a istinadən bildirir ki, hadisə Ermənistanın Yeheqnavan rayonunun Artaşat sərhəd ərazisində baş verib.

Ermənistan Sərhəd Xidmətindən verilən məlumata görə, 1972-ci il təvəllüdlü Türkiyə vətəndaşı yeni sistem sayəsində bir neçə dəqiqə ərzində saxlanılıb.

Lakin çoban günahsız olduğunu və sərhədi bilməyərəkdən keçdiyini deyib. İğdır bölgəsində yaşayan çoban heyvanları üçün yeni otlaq sahəsi axtarırmış.

Hazırda faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 773          Tarix: 20-09-2017, 19:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma