Xəbər lenti

 

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi 27 sentyabr - Beynəlxalq Turizm günü ilə əlaqədar "Turizm həftəsi" elan edib.

25-29 sentyabr tarixlərində keçiriləcək "Turizm həftəsi" çərçivəsində Azərbaycanın milli sərvətlərinin, tarixi abidələrinin, xalçaçılıq incilərinin gənclər arasında təbliği və onların bu sahədə məlumatlandırılması məqsədi ilə "Ümid Yeri" uşaq sığınacağının sakinləri üçün ekskursiyalar nəzərdə tutulub.

"Turizm həftəsi"nin ilk günləri uşaq sığınacağının sakinləri Qobustan Dövlət Tarixi-Bədii Qoruğu və "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda ekskursiyada olublar. Uşaqlara bələdçi tərəfəindən qoruğlar haqqında ətraflı məlumat verilərək, onları maraqlandıran suallar cavablandırılıb. Onlar qoruğda olan bütün eksponat və tarixi-memarlıq abidələri ilə yaxından tanış olublar.

Qeyd edək ki, "Turizm həftəsi" çərçivəsində ekskursiyalar 27 sentyabr, saat 15:00-da Milli Azərbaycan Tarixi Muzeyinə, 28 sentyabr saat, 15:00-da Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə, 29 sentyabr, saat 15:00-da Heydər Əliyev Mərkəzinə təşkil ediləcək.\Milli.Az\

Məqaləyə dair fotomateriallar:




Ana səhifəyə qayıt        Baxış: 1 086          Tarix: 27-09-2017, 18:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma