Xəbər lenti

 

Azərbaycan Respublikasının Prezideti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Abbasova Gülşən Səməd qızı tərəfindən 10.10.2017 ci ildə “Eşidilməyən Səslər” layihəsinə start verilmişdir.


Layihənin məqsədi tipik və əlilliyi olan yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli təşkil etmələri üçün “Eşidilməyən Səslər” adı altında teatr əsaslı təlimlər təşkil etməklə,əlilliyi olan yeniyetmə və gəncləri cəmiyyətə inteqrasiya etməkdir.
Layihənin müddəti 3 ay olmaqla, 10 oktyabr 2017-ci il – 10 yanvar 2018-ci il tarixlərini əhatə edəcəkdir. Layihə çərçivəsində ölkə üzrə seçilən 16-29 yaş arası 30 nəfər tpik və əlilliyi olan gənclər üçün təlimlər təşkil olunacaqdır. Layihədən əlilliyi olan16-29 yaş arası yeniyetmə və gənclər faydalanacaqlar. Layihədən 30 nəfər tipik və əlilliyi olan yeniyetmə və gənc birbaşa, ümümilikdə isə 1500 nəfər faydalanacaqdır.
Müraciət etmək istəyən gənclər 10 Noyabr tarixinə qədər aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçə bilərsiniz : https://goo.gl/forms/TUaKYcZcHyYz3cbD3
“Eşidilməyən Səslər” fərdi layihənin müəllifi Gülşən Abbasova




Ana səhifəyə qayıt        Baxış: 878          Tarix: 1-11-2017, 22:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma