Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının birgə iştirakı ilə dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə fevralın 22-də Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində yerləşən “İmam Zeynalabdin” adı ilə fəaliyyət göstərən qeyri-qanuni ibadət yerinə baxış keçirilib.
DQİDK-dan APA-ya verilən məlumata görə, baxış əsnasında qanunazidd qaydada dini ayinlərin icrası, eləcə də “Dini etiqad azadlığı haqqında” qanunun müvafiq maddələrinin pozulduğu aşkar edilib.
Bununla bağlı qeyd edilən ünvanda qeyri-qanuni olaraq dini ayin icra edən Əhmədov Fərhad Naid oğlu barəsində DQİDK-nın əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilib.
Paylaş: