Xəbər lenti

Deyəsən boşluğa dirənir yollar..,
 Yol bitmir,
sadəcə yox olur birdən...
Səpilib hər yana karvanqıranlar,
 Yollar yolsuz qalıb..,sən ey yol gedən!
Bu yollar öldülər bir an içində,
Lap göz görə-görə,göz baxa-baxa...
Öldü yol gözləmək həyəcanları,
 Heç kəs heç kəsini gözləməz daha...
Dünya nə mənasız oldu,ilahi..,
Fərqi yox qapını aç,ya da bağla...
Yollar ölən yerdə ölçülər itdi--
 Heç oldu,puç oldu yaxın-uzaqlar...
Fanilik ütüsü keçdi üstündən
Dünyanın əyrisi düzəldi indi...
Enib öz içinə düşünmək üçün
 Daxma imarətdən gözəldi indi...
Özün öz önündə donub qalmısan--
Gedən alverə bax,tərəziyə bax!
Gör özün özünü tanıyırmısan--
 Üzünə tutulan bu güzgüyə bax...
Bu yollar ölməzdi,amma öldürdük:
Bir az mən,bir az sən,bir az da ki, o...
Niyə belə oldu.., heç bilirsənmi?.,
 -Mən qorxaq, o yaltaq, sən iqor kio...
Hər şeyə dad verən,tam verən vardı--
Qaçdı birdən-birə o duzun dadı...
Bir səs var başımda çovğun qoparıb
 Dünya hanı? deyır uzun-uzadı...
Qapın döyülürmü, qapılar döyən?!.
Anladın qapını necə döyürlər?
Çıx görüm qapıya çıxa bilirsən?.,
 Heç vaxt inanmırdın qapın döyülər...
Burulğan eşməkdə düşüncələri..,
Fikirləş papağı qoyub dizinə...
Bu haydan,bu küydən,dambadaramdan
 Ayılmayan qalsa.., tfuu üzünə!..
Yolsuz sabah yoxdur--sabahlar itib..,
Eşit,gör nə deyir sinəmdə ürək:
Lap elə allahın yanına gedib
Yolları geriyə qaytarmaq gərək!
 06.04.20


Ana səhifəyə qayıt        Baxış: 2 098          Tarix: 16-04-2020, 21:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma