Xəbər lenti

  

İraqda İran və onun uzantısı olan yerli hökumət əleyhinə nümayişlər yeni mərhələyə qədəm qoyub.

Ovqat.com-un İraq mətbuatına istinadən verdiyi məlumata görə, ötən ayın 1-dən başlayıb kiçik fasilələrlə indiyədək davam edən nümayişlər əsasən rəsmi dairələr qarşısında keçirilirdi. Bir neçə gündür etiraz dalğası hədəfini dəyişərək, ölkəni tamamilə iflic vəziyyətə sala biləcək aksiyalar formasını almağa başlayıb.

Bildirilir ki, nümayişçilər ölkənin cənubundakı Bəsrə yolunu bağlayıblar. İraqı ərzaq və digər stratreji idxal məhsullarla təchiz edən Umm Qasr limanına gedən bütün yollar da bu məntəqədən keçir. Dolayısıyla Umm Qasr limanına gedən yollar da bağlanıb və artıq çərşənbə günündən bu yana liman bütün fəaliyyətini dayandırıb. Bu isə İraq xalqının ərzaqla imtahana çəkilməsi deməkdir.

Məlumata görə, Umm Qasr limanı İraqın bitki yağı və qənd nəqliyyəsində əsas mərkəzlərdən biridir. Liman bağlandığı üçün yük daşıyan maşınlar obyektə daxil ola və çıxa bilmirlər. Qarşılaşdıqları problemlə əlaqədar liman rəhbərliyi bir beynəlxalq nəqliyyat xətləri ilə əməkdaşlığa müvəqqəti ara verib.

Dünən keçirilən aksiyalarda da İrana bağlı Həşdi-Şabi qüvvələri və polislə etirazçılar arasında qarşıdurmalar baş verib. Dünənki aksiyalarda ən az 30 nəfərin yaralandığını bildirilir.

Etirazlar başlayandan bəri öldürülən aksiya iştirakçılarının sayı isə ən son məlumatlara görə, 300 civarındadır. Aksiya iştirakçıları korrupsiyaya son qoyulmasını, işsizliyin aradan qaldırılmasını və İranın İraqdan çıxmasını tələb edirlər.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 529          Tarix: 3-11-2019, 11:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma