Xəbər lenti

 

Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisəsində qeydiyyat müddəti Nazirlər Kabinetinin qərarına əsasən kredit sistemi ilə tədrisin təşkilində yeni qaydaların tətbiq olunması ilə əlaqədar ali təhsil müəssisələrinin müraciəti əsasında 4 gün uzadılıb.

Dövlət İmtahan Mərkəzindən ( DİM ) Ovqat,com-a verilən məlumata görə, bakalavrlar iyulun 14-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Bakalavrlar qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər barədə məlumatı qəbul olduqları təhsil müəssisəsindən əldə edə bilərlər.

Qeyd olunan müddətdə sənədlərini təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.




Ana səhifəyə qayıt        Baxış: 839          Tarix: 6-07-2017, 18:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma