Xəbər lenti
 
Xalqımızın qədim mədəni irsinin ölməz nümunəsi,Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğamın təbliği ilə bağlı gənc muğamsevərlər yeni layihəyə start veriblər.
Layihənin rəhbəri olan Nicat Müslümov sosial şəbəkələrdə "Muğam dünyası" adlı qrup yaradaraq 6 mindən çox şəbəbə istifadəçilərini qrupa cəlb etmişdir. Mütəmadi olaraq qrupda muğam ustadlarının ifaları, gənc muğam ifaçılarının şəkilləri,xalq mahnılarımızın mətnləri,muğam ifaçılarının televiziyada yayımlanacaq veriliş tarixi və saatı ilə bağlı bilgilər yayımlanaraq izləyicilərin maraq yaratmışdır. Qeyd edək ki,layihəyə gənc ziyalı koordinatorlar təyin olunmuşdur ki,bütün paylaşılan informasiyalara koordinatorlar nəzarət edir.
Həmin koordinatorlardan biri Mənsum İbrahimovun mətbuat katibi, eyni zamanda tələbəsi filoloq Mehranə Məmmədovadır.
 



Ana səhifəyə qayıt        Baxış: 965          Tarix: 12-07-2017, 21:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma