Xəbər lenti

 

Ögey ananın uşaq üzərində haqları barədə şəriətdə xüsusi bir hökm yoxdur. Onun doğma ananınkı kimi haqları olmasa da, böyük olduğu, uşağın qayğısına qaldığı, ehtiyaclarını ödədiyi və atasının xanımı olduğu üçün, uşaq da onunla hörmətlə davranmalı, yaxşılıq etməli və Allahın əmrlərinə zidd olmayan məsələlərdə  sözünü dinləyib önəm verməyə çalışmalıdır.

Ovqat.com zikr.az-a istinadən bildirir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Yaxşılıqların ən mükəmməli atanın, dostu (sevdikləri, əzizləri) ilə əlaqə saxlamaqdır". (Muslim, 4/1979, №: 2552). Bu hədisə görə islam alimləri demişlər ki, əgər övladın atasının qeydinə qalması, yaxşlıq etməsi, ehtiram göstərməsi,  yardım etməsi vacibdirsə, deməli atasının sevdiklərinə də bunları etməsi vacibdir.




Ana səhifəyə qayıt        Baxış: 1 111          Tarix: 7-10-2017, 23:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma