Dinlər hər zaman onlar üçün önəm daşıyan insanlardan geri qalan şeyləri müqəddəs əmanət kimi qoruyub saxlayıb.
Ovqat.com xəbər verir ki, elm də bu mövzuda dinlərdən fərqli davranmayaraq, ona əziz olan insanların müxtəlif qalıqlarını qoruyub saxlayır.
Bu gün Buddanın dişi Şri Lankadakı bir məbəddə, Məhəmməd peyğəmbərin saqqalı İstanbuldakı “Topqapı” sarayında, İsanın göbək bağı Romadakı bir bazilikada saxlanılır. Hər il milyonlarla insan da bu müqəddəs əmanətləri görmək gün yüzlərlə kilometr yol qət edir.
Bu müqəddəslərlə yanaşı, bir də dinlə əlaqəsi olmayan insanların qalıqları var ki, bu qalıqlar tarixi fiqur kimi olduqca diqqət çəkir.
Qalileyin barmağı
İtaliya 2010-cu ilin aprel ayında mədəniyyət tarixinin ən qəribə tanışlıqlarından birini yaşadı. İntibah dövrünün istedadlı astronomlarından biri Qalileo Qalileyin baş və orta barmağı Florensiya Elm Tarixi Muzeyi tərəfindən alındı və daha öncə muzeydə sərgilənən dişinin və barmağının yanına qoyuldu.
1737-ci ildə Qalileyin cəsədi bir məzardan digərinə daşınarkən barmaqları, dişi və onurğası dahinin tilsimini daşımaq istəyənlər tərəfindən oğurlanıb. Ancaq hazırda onun bu qalıqları icad etdiyi teleskopun yanında sərgilənir.
Napoleonun cinsi orqanı
Bu növ qalıqlara sadəcə xalqa açıq olan muzeylərdə deyil, şəxsi kolleksiyalarda da rast gəlinir. Napoleonun cinsi orqanı da bunlardan biridir. Fransalı generalın cinsi orqanının 1821-ci ildə Yelena adasında öldükdən sonra tibbi ekspertiza aparan cərrah tərəfindən kəsildiyi iddia edilir. Bu “əmanət” 19-cu əsrdə bir italiyalı rahib, 20-ci əsrdə londonlu bir kitabçı, 1969-cu ildə isə 2900 dollara amerikalı bir uroloq tərəfindən alınıb. O, 2007-ci ildə ölümünə qədər bu qalığı yatağının altındakı bir çamadanda saxlayıb.
Bu şəxsin tarixdə önəmli yeri olan insanların qalıqlarını saxladığı bir kolleksiyası varmış. Həmin kolleksiya 2016-cı ildə argentinalı bir kolleksiyaçıya satılıb.
Eynşteynin gözləri
Məşhur fizik Eynşteynin ölümündən sonra ekspertiza aparmaq üçün beyni və gözləri çıxarılıb. Onun beyni hazırda Nyu-Yorkda özəl bir kassada saxlanır. Fizikin gözləri isə onun oftalmoloqu Henri Abramsa verilib.
Edisonun son nəfəsi
Miçiqanda yerləşən “Henri Ford” muzeyində mühafizə edilməsi mümkünsüz olan bir şey saxlanılır. Burada bir sınaq şüşəsində amerikalı ixtiraçı və iş adamı Tomas Edisonun son nəfəsinin saxlandığı iddia edilir.
Qrammafon və elektrik lampası kimi önəmli ixtiraların müəllifi olan Edison 1931-ci ildə Nyu-Cersidə vəfat edib. Bu zaman onun həkimi son nəfəsini verdiyi otağın havasını sınaq şüşəsində saxlamaq qərarına gəlib.\\Publika.az
Paylaş: