Alimlər qadınların boşanmaq istəmələrinin səbəblərini araşdırıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Miçiqan Universitetinin alimlərinin apardığı tədqiqat nəticəsində məlum olub ki, qadınların boşanmaq istəyinin əsas səbəbləri həyat yoldaşlarının diqqətini münasibətlərin qorunub saxlanmasına yönəltməkdir. Alimlərin fikrincə, qadınlar birgə yaşayış zamanı gərginliyə dözməkdə çətinlik çəkdikləri üçün kişilərlə müqayisədə iki dəfə daha çox boşanmağa üstünlük verirlər. 16 il müddətində 355 cütlük üzərində müşahidə aparılıb. Cütlüklər arasında aparılan sorğu nəticəsində məlum olub ki, qadınlar kişilərə nisbətən gərgin münasibətlərdən daha çox danışıblar. Araşdırma zamanı bəzi cütlüklərin kişi nümayəndələri əlaqələrdən narazılığını ifadə etməyib, qadınların isə narazılığı daha çox olub. Bununla da erkən boşanmaların əsas səbəbləri məlum olub.
Alimlər qeyd ediblər ki, 16 il ərzində aparılan tədqiqat zamanı müşahidə edilən cütlüklərin təxminən 40 faizi boşanıb.
Paylaş: